Azərbaycanda cinayət törədən və məhkum edilən uşaqların STATİSTİKASI

Azərbaycanda cinayət törədən və məhkum edilən uşaqların STATİSTİKASI

Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı açıqlanıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, ötən il Azərbaycanda 301 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum edilib. 2017-ci ildə bu göstərici 323, 2016-cı ildə 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub.
Ötən il ümumilikdə 12 433 (2017-ci ildə 13 733) nəfər məhkum edilib. Onların 11 864-ü (2017-ci ildə 13 147) kişilər, 569-u (2017-ci ildə 586) qadınlar olub. Məhkumların 6 381-i (2017-ci ildə 7 264) azadlıqdan məhrum edilib.
Keçən il 16 727 (2017-ci ildə 16 750) nəfər cinayət törədib ki, onların 15 705-i (2017-ci ildə 15 787) kişi, 1 022-si (2017-ci ildə 963) qadın olub.

Cinayət törətmiş şəxslərin 471-i (2017-ci ildə 486) 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442 nəfər, 2015-ci ildə 477 nəfər, 2010-cu ildə 439 nəfər olub.
2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 455 ( 2017-ci ildə 532, 2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) cinayət törədilib.
Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR