Azərbaycanda bəzi məktəblər pullu olacaq

Azərbaycanda bəzi məktəblər pullu olacaq

Azərbaycanda bəzi məktəblərə təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ verilib.


Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur. Lakin dövlət məktəblərinin dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ yox idi.

Nizamnaməyə edilən yeni dəyişikliyə əsasən isə "Təhsil haqqında” qanuna uyğun olaraq, dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.

Digər dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Nizamnaməyə edilən yeni əlavəyə əsasən, ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar.

Bununla yanaşı, ümumtəhsil məktəblərində "Təhsil haqqında” qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur.

 
Aktual.az
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR