Azərbaycanda bərpa olunan enerji mənbələri üçün hərrac keçiriləcək

Azərbaycanda bərpa olunan enerji mənbələri üçün hərrac keçiriləcək

Azərbaycanda 2020-ci ilin yaz aylarında bərpa olunan enerji mənbələri üçün hərrac keçirilməsi nəzərdə tutulur.

Aktual.az "Report"
a istinadən xəbər verir ki, bunu Bakda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov bildirib.
Onun sözlərinə görə, hərrac 8 ərazi üzrə elan olunacaq: "Hərraclar üçün ilkin torpaq sahələri seçilib. Səkkiz ərazidə torpaq sahələri müəyyənləşib. Hərrac 5 külək, 3 günəş enerjisi stansiyasının quraşdırılması layihələri üzrə elan ediləcək".
S.Axundov qeyd edib ki, Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dan artıqdır. O əlavə edib ki, 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payının 30%-a çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda bərpa olunan enerji mənbələrinin respublika üzrə elektrik enerji istehsalında payı 8,1%-dır.
***
O qeyd edib ki, Strateji Yol Xəritəsinə uyğun olaraq, Azərbaycanda bərpa olunan enerji üzrə 420 Mvt-lıq stansiyalar inşa olunacaq: "Bunun 350 MVt-ı külək, 50 MVt-ı günəş, qalan 20 MVt-ı isə biokütlə stansiyalarının payına düşəcək".

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR