Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanıb

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanıb

Bərdə rayonu, Samuxlu bələdiyyəsinin sədri Abdullayev Ramil Rafiq oğlu barəsində cinayət işi başlanıb.

Aktual.az-ın xəbərinə görə, R. Abdullayev başqa şəxslərlə əlbir olaraq, Samuxlu bələdiyyəsinin balansında olan torpaqlarda süni göl yaratmaq məqsədilə müəyyən ərazilərdə qanunsuz qazıntı işləri aparıb. Bununla o, münbit torpaq qatını korlayaraq, təbiətə ümumilikdə 335 min manat məbləğində ziyan vurub.
R.Abdullayev barəsində Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.
Xəbər 80 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR