Azərbaycanda bank şöbələrinin sayı yenidən artmağa başlayıb

Azərbaycanda bank şöbələrinin sayı yenidən artmağa başlayıb

 Bu il dekabrın 1-nə Azərbaycanda bank filiallarının sayı 508 olub. 

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə eynidir. Başqa sözlə, banklar noyabrda yeni filial açmayıb. 
İlin əvvəlinə nisbətən bank filiallarının sayı 1 vahid azalıb, son 1 ildə isə 39 vahid azalıb. 
Bu il noyabrın sonuna Azərbaycanda bank şöbələrinin sayı isə 141 olub. Bu, noyabrın 1-i ilə müqayisədə 1 vahid çoxdur. 
İlin əvvəlinə nisbətən və son 1 ildə isə bank şöbələrinin sayı 1 vahid azalıb.
 
Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR