Azərbaycanda ata qızını güllələyərək öldürəndən sonra intihar etdi

Azərbaycanda ata qızını güllələyərək öldürəndən sonra intihar etdi

Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəmnində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 2034 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR