Azərbaycanda ana ölümlərinin sayı açıqlandı

Azərbaycanda ana ölümlərinin sayı açıqlandı

"Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb: "Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".
Baş mama-ginekoloq bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb.
 
Aktual.az
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR