Azərbaycanda 7,5 bal gücündə zəlzələ ola bilər - Şəngör

Azərbaycanda 7,5 bal gücündə zəlzələ ola bilər - Şəngör

Ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışıb.
Aktual.az xəbər verir ki, şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq Azərbaycanın seysmoaktiv zonada yerləşdiyini bildirib. 
"Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7,5 bala qədər olma ehtimalı var”, - o deyib.
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR