Azərbaycanda 60 min epilepsiya xəstəsi var

Azərbaycanda 60 min epilepsiya xəstəsi var

Eplilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il 24 milyon insana geniş miqyasda epilepsiya diaqnozu qoyulur.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Tutma zamanı xəstələrin yanında sakitliyi qoruya bilən və vaxtında yardıma yetişəcək insanların olması çox vacibdir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin həm də ətrafdakıların kifayət qədər güclü stressinə səbəb olur.

Müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir. Hazırda dünyada 50 milyondan çox insan, Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir:

`Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir.

Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə “köhnə” və “yeni” epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzğün dərman seçimi və gündəlik AEP-ın qəbul olunması şərti ilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir`.

Qeyd olunub ki, Epilepsiya haqqında yalnış təsəvvürlər və xəstəliyə qarşı neqativ münasibətə görə xəstələr təhsil almaqda, işə düzəlməkdə, nigaha daxil olmaqda, həmçinin ailədə və yaxın ətrafdakılar tərəfindən diskriminasiya ilə üzləşirlər.

Son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Epilepsiyanın epidemiologiyası, xəstəliyin nazoloji və semioloji strukturu, onların həyat keyfiyyəti öyrənilib. Müxtəlif tədqiqatlarda epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.

"Ölkədə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci səviyyə antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy tutşusu) dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətdə saxlanmasını misal çəkmək olar", - nazirlikdən bildirilib.

Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir.

Qeyd edək ki, eplilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il 24 milyon insana geniş miqyasda epilepsiya diaqnozu qoyulur. Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Tutma zamanı xəstələrin yanında sakitliyi qoruya bilən və vaxtında yardıma yetişəcək insanların olması çox vacibdir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin həm də ətrafdakıların kifayət qədər güclü stressinə səbəb olur.

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR