Azərbaycanda 290 min işsizə birdəfəlik ödəniş edilib

Azərbaycanda 290 min işsizə birdəfəlik ödəniş edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 min işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxsin birdəfəlik ödəmə (190 manat) ilə təmin olunması üçün müvafiq vəsaiti aidiyyəti üzrə köçürdü.
Aktual.az xəbər verir ki, həmin kateqoriyalardan olan şəxslərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55,1 milyon manatdır.
İlkin mərhələdə 200 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb,600 min şəxsəaprel və may ayları üçün birdəfəlik ödəniş ediləcək.
Aprel ayı üzrə ödənişlərin bu ayın sonu – gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq.
Hazırda hər bir ödəniş edilən şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir. O bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda "Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.
Birdəfəlik ödəmələrin verilməsi prosesi hər gün davam edir.
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR