Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 14,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 34,5 faiz azalıb.
Dövr ərzində 863 ədəd traktor, 1496 ədəd minik avtomobili istehsal olunub.
 
Aktual.az
Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR