Azərbaycanda 1 000-dən çox İran şirkəti fəaliyyət göstərir

Azərbaycanda 1 000-dən çox İran şirkəti fəaliyyət göstərir

Azərbaycanda 1 023 İran şirkəti dövlət qeydiyyatından keçib".

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, İran sahibkarları indiyə qədər Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. ABŞ dolların çox pul qoyub. İki ölkə arasında ticarət dövsiyyəsi ötən il 74% artıb.
"Hazırda Astara-Astara sərhəd-keçid məntəqəsinin ərazisində, Astara çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında saziş hazırda müzakirə mərhələsindədir. Bundan başqa, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, Azərbaycan, İran və Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə tədbirlər həyata keçirə və üçtərəfli enerji əməkdaşlığını genişləndirə bilərlər”, - nazir qeyd edib. 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR