Azərbaycana tütün məmulatlarının idxalı azalıb

Azərbaycana tütün məmulatlarının idxalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 75,427 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Aktual.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,321 milyon dollar və yaxud 14% azdır.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.
8 ay ərzində Azərbaycandan 9,979 milyon dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,86 milyon dollar və yaxud 40,2% çoxdur.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.
 
Aktual.az
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR