Azərbaycana turist axını 11% artıb

Azərbaycana turist axını 11% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb. 

Bu barədə "Report”a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Bildirilib ki, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.
Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51,9%-ni təşkil edir.
Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47,9% və 37,8% artım müşahidə edilib.
2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24,7% artım deməkdir.
Ən yüksək artım 74,3%-lə İran və 65,1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9,6 min nəfər və yaxud 18% artım) və Rusiyadan (9,2 min nəfər və ya 14.,% artım) gələnlər arasında müşahidə edilib.




Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR