Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

 Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ-2105" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən  verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki örtüyün alt hissəsinə düzülmüş, üzərində "Marlboro Edge" sözləri yazılan 2 200 ədəd, üzərində "Parliament Silver Blue" sözləri yazılan 400 ədəd, üzərində "R1" sözləri yazılan 200 ədəd siqaretlər və nəqliyyat vasitəsinin mühərrikindən 2 400 ədəd, üzərində "Qilzı papirosnıe" yazılan, tütün doldurmaq üçün xüsusi kağız bükümlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR