Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alındı

Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alındı

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

DGK-dan Aktual.az-a verilən məlumata görə, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az-
Xəbər 83 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR