Azərbaycana pirotexniki vasitələr keçirilməsinin qarşısı alındı

Azərbaycana pirotexniki vasitələr keçirilməsinin qarşısı alındı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ -21063" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Bu zaman minik maşınının baqajında 22 ədəd üzərində "Airpods" yazılan, 29 ədəd üzərində "Fast Charger" yazılan, 200 ədəd üzərində "SP 1007" yazılan və 100 qutu üzərində "KO201" yazılan pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.


Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR