Azərbaycana mobil telefon idxalı artıb

Azərbaycana mobil telefon idxalı artıb

Bu ilin mart ayında Azərbaycana 91 436 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.
 
Bu barədə  Aktual.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Fevral ayı ilə müqayisədə idxalın artımı martda 15,5% təşkil edib. İdxal olunan məhsulların dəyəri mart ayı üzrə 11 376,7 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisi ilə müqayisədə təxminən 14% çoxdur.
"Bu ilin yanvar-mart aylarında isə ölkəyə 241 311 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 38,3% təşkil edib. İdxal olunan məhsulların dəyəri 29477,6 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisini 72,3% üstələyir", - deyə Komitədən bildirilib.



Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR