Azərbaycana içki idxalı azalıb

Azərbaycana içki idxalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18,934 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) Aktual.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,569 milyon dollar və yaxud təxminən 2 dəfə çoxdur.
Hesabat dövründə içki ixracı ümumi ixracın 0,1%-ni təşkil edib.
8 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 47,623 milyon dollar olub. Bu isə bir il əvvələ nisbətən 11,05 milyonn dollar və yaxud 18,8% azdır. 
Hesabat dövründə içki idxalı ümumi idxalın 0,5%-ni təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 8 aylıq ticarət dövriyyəsinin 13,52 milyard dolları ixracın, 9,382 milyard dolları isə idxalın payına düşüb.
 
Aktual.az
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR