"Üçtərəfli bəyanatların bir sıra müddüaların uğurla yerinə yetirilməsinə baxmayaraq, bəzi məqamlarda Ermənistandan konstruktiv yanaşmanı görmürük”.
Aktual.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Üçtərəfli bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrin çıxarılmasına dair öhdəlik götürüb. Belə olan təqdirdə biz bir daha bu faktı qarşı tərəfin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan ərazisinə hər hansısa hərbçilərin göndərilməsi cəhdlərinə son qoyulmalıdır”, - nazir vurğulayıb.
Xəbər 337 dəfə oxunub.