“Azərbaycana dəstək davam edəcək” - Çavuşoğlu

“Azərbaycana dəstək davam edəcək” - Çavuşoğlu

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.
O bildirib ki, türk milləti olaraq Azərbaycana dəstək veriblər.
"Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.
Xəbər 199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR