Azərbaycan XİN İsrailə başsağlığı verdi

Azərbaycan XİN İsrailə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.

Aktual.az-ın xəbərinə görə, başsağlığı mətni XİN-in rəsmi tviter hesabında paylaşılıb.

"Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik", - başsağlığında bildirilib.
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR