Azərbaycan xam neft ixracını artırıb

Azərbaycan xam neft ixracını artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 781,785 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.


"Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 2 603,955 mln. ABŞ dolları təşkil edib.

Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin müvafiq dövründən 58%, dəyəri isə 42,5% çoxdur.

Bu məhsullar iki ayda Azərbaycanın ümumi ixracında 82,61% pay tutub.

Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR