Azərbaycan xam neft ixracını 42% artırıb

Azərbaycan xam neft ixracını 42% artırıb

Bu ilin I rübündə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7,697mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

"Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 3,534 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin I rübündə ixrac edilən məhsulun miqdarı ötən ilin müvafiq dövründən 41,5%, dəyəri isə 31,6% çox olub.
Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 78,81% təşkil edib.
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR