Azərbaycan xam neft ixracını 19% artırıb

Azərbaycan xam neft ixracını 19% artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 14 058,382 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Aktual.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 6 721,58 mln. ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 19,3%, dəyəri isə 13,5% çox olub.
Bu ilin ilk 5 ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 78% təşkil edib.

Aktual.az
Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR