Azərbaycan xam neft ixracını 11% artırıb

Azərbaycan xam neft ixracını 11% artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 26,858 milyon ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

"Report” Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən xəbər verir ki, bu məhsulların dəyəri 12,965 milyard ABŞ dolları təşkil edib.
10 ay ərzində ixrac edilmiş xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11% çox, dəyəri isə 0,3% çox olub.
Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 77,1% təşkil edib.
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR