Azərbaycan xam neft ixracından gəlirini 2 dəfədən çox artırıb

Azərbaycan xam neft ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 19,935 mln. ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.


"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% çoxdur.

Səkkiz ay ərzində ixracın ümumi dəyəri 10 493,534 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.

Son bir ildə xam neftin Azərbaycanın ümumi ixracındakı payı 70,4%-dən 81,5%-ə qalxıb. 

 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR