Azərbaycan vətəndaşları Rusiyaya gedənlərin sayına görə ilk 5-likdədir

Azərbaycan vətəndaşları Rusiyaya gedənlərin sayına görə ilk 5-likdədir

Bu ilin yanvar-sentyabr aylarında Rusiyaya 3,9 mln. nəfər turist gəlib.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizliyi Xidmətinin sərhəd xidmətindən bildirilib. 
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur. 
Doqquz ay ərzində Rusiyaya gələn-gedənlərin ümumi sayı isə 1,9% artaraq 25,5 mln. nəfərə çatıb. Qonşu ölkə ən çox Ukraynadan adam qəbul edib - 7,2 mln. nəfər. Növbəti yerlərdə Qazaxıstan (3,3 mln. nəfər), Özbəkistan (1,9 mln. nəfər), Tacikistan (1,1 mln. nəfər) və Azərbaycan (861,5 min nəfər) vətəndaşları qərarlaşıb.
 
Aktual.az 
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR