Azərbaycan vətəndaşı Rusiyada qadın oğurladı

Azərbaycan vətəndaşı Rusiyada qadın oğurladı

Moskva ətrafı polis idarəsinin əməkdaşları cinayətkar qrup tərəfindən qaçırılan qadını azad ediblər. Qadın  Vladimirovsk vilayətində saxlanılırdı, ondan pul və zinət əşyalarını verməyi, eləcə də Moskva və Moskva ətrafında yerləşən bir neçə mənzili onların adına qeydiyyata keçirməyi tələb ediblər.  

Aktual.az Oxu.az istinadən xəbər verir ki , bu barədə “Ria Novosti”yə bazar ertəsi Moskva vilayətinin DİN İdarəsindən bildiriblər.

Polisin məlumatına görə, cinayətkarlar qadını Balaşixdə tutublar, qadın orada ona məxsus evlərin birində olub. Qadının tanışı olan işsiz Azərbaycan vətəndaşı iki əlbiri ilə onun əllərini bağlayaraq zorla maşına oturdublar. Oğurlanan qadını Vladimirsk vilayətinə gətiriblər, onu orada iki sutka saxlayaraq mənzilləri satmağı tələb ediblər.

“Sentyabrın 12-də cinayətkarlardan biri qadını onun Moskvadakı mənzilinə gətirib. Mənzil Ozerkovski sahilində yerləşir, orada qadından cəvahirət və dəyərli əşyaları əldə etməyə çalışıblar. Cinayətkar orada Zamoskvoreçye rayonu üzrə DİN şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Qadın azad edilib”, - polis nümayəndəsi bildirib.

Sutka ərzində cinayət axtarış əməkdaşları tərəfindən Starıye Petuşki kəndində cinayətə aidiyyatı olan daha üç nəfər cinayətkar saxlanılıb.

Fakt üzrə Moskva vilayəti üzrə istintaq Komitəsinin əməkdaşları tərəfindnən Rusiyanın Cinayət Məcəlləsinin “insan oğurluğu” maddəsi üzrə cinayət işi açılıb. Müvafiq maddə üzrə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Xəbər 757 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR