Azərbaycan vətəndaşı Rusiyada 9,5 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan vətəndaşı Rusiyada 9,5 il müddətinə azadlıqdan məhrum edilib
  • DÜNYA

Rusiyanın Smolensk vilayətində Azərbaycan vətəndaşı Babək Qasımoğlu barəsində hökm çıxarılıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, o, bir neçə dəfə sərhədi qanunsuz keçdiyinə görə azadlıqdan məhrum edilib.
Belə ki, 2015-ci ildə miqrasiya xidməti tərəfindən Rusiyaya girişinə qadağa qoyulan B.Qasımoğlu həbsxanada cəzasını çəkdikdən sonra Azərbaycana qayıdıb. O zaman Qasımov soyadı daşıyan şəxs vətənində yeni pasport aldıqdan sonra yeni sənədlə azı 6 dəfə qanunsuz olaraq Rusiya sərhədini keçib.
Nəticədə Azərbaycan vətəndaşı FTX-nin Smolensk vilayəti sərhəd idarəsi əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb və sərhədi altı dəfə qanunsuz keçmək ittihamı irəli sürülüb.
Nəticədə məhkəmə cinayətlərin məcmusuna görə onu 9,5 il müddətinə azadlıqdan məhrum edib və 90 min rubl(1,41 min manat) cərimələyib. B.Qasımoğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR