Azərbaycan vətəndaşı qətl hadisəsinə görə Rusiyaya ekstradisiya olunub

Azərbaycan vətəndaşı qətl hadisəsinə görə Rusiyaya ekstradisiya olunub

Azərbaycan vətəndaşı 2017-ci ilin oktyabr ayında Smolenskdə törədilən qətl hadisəsinə görə Rusiyaya ekstradisiya olunub.


Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Smolensk vilayətinin İstintaq Komitəsinin (İK) məlumatına görə, 2017-ci il oktybarın 24-də ticarət mərkəzinin yaxınlığında 2 nəfər bıçaqla valyuta mübadiləsi ilə məşğul olan yerli sakinə hücum edərək ondan 400 min rubl (6,21 min ABŞ dolları) oğurlayıb. Zərərçəkmiş sonradan elə həmin gün xəstəxanada aldığı bıçaq yarasından ölüb.

İK-nın məlumatında hücum edənlərdən birinin - Azərbaycan vətəndaşının İnterpol xətti ilə digər dövlətin ərazisində saxlanıldığı vurğulanıb.

"İndi o, Rusiyaya təhvil verilib, ona qarşı ittiham irəli sürülüb və həbs qətiimkan tədbiri seçilib. Cinayət işinin ikinci iştirakçısı beynəlxalq axtarışdadır", - İK-dan bildirilib.

Rusiya Daxili İşlər Nazirliyinin Regional İdarəsindən əlavə edilib ki, İnterpol vasitəsilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı MDB ölkələrindən birində saxlanılıb.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR