Azərbaycan və Türkiyə qırıcıları tapşırıqları icra edir (VİDEO, FOTOLAR)

Azərbaycan və Türkiyə qırıcıları tapşırıqları icra edir (VİDEO, FOTOLAR)

"TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və qardaş Türkiyə Respublikasının döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər.

Bu barədə Aktual.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir.

Eyni zamanda havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR