Azərbaycan və Rusiya sərbəst avtotranzit razılaşmasına qayıdacaq

Azərbaycan və Rusiya sərbəst avtotranzit razılaşmasına qayıdacaq

Azərbaycan və Rusiya iki ölkə arasında sərbəst avtomobil tranziti razılaşmasına geri dönəcək.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Dövlət Dumasının Nəqliyyat və tikinti Komitəsinin rəhbəri Yevgeni Moskviçev bildirib.
"Keçirilən görüşlər zamanı Rusiya və Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmaya qayıtmağa və bununla da əsas problemlərdən birinin həll edilməsinə dair razılıq əldə olunub. Çünki hesab edirik ki, Rusiya və Azərbaycana tranzit sərbəst, icazəsiz sistemlə olmalıdır", – Y.Moskviçev deyib.
O əlavə edib ki, bu məsələ Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan Prezidenti İlham Əliyevlə dünən baş tutan görüşündə də müzakirə olunub.
Y.Moskviçev sözlərinə görə, bu, İrandan Azərbaycana və Rusiyaya daşınan yüklərin həcminin qat-qat artırılmasıma imkan verəcək.
 
Aktual.az
Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR