Azərbaycan və İran XİN rəhbərləri görüşdü - Foto

Azərbaycan və İran XİN rəhbərləri görüşdü - Foto

Bu gün Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü keçirilib.

Aktual.az xəbər verir ki, nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinin aparılması üzrə fikir mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR