Azərbaycan Vatikanda səfirlik açır (SƏRƏNCAM)

Azərbaycan Vatikanda səfirlik açır (SƏRƏNCAM)

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.

Aktual.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR