Azərbaycan Ukraynaya sərmayələrini dəfələrlə artıracaq

Azərbaycan Ukraynaya sərmayələrini dəfələrlə artıracaq

Bu ildə Azərbaycan Ukraynaya qoyduğu sərmayə həcmini onqat artıraraq 1,5 - 2 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "Ukrinform”a müsahibəsində bildirən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sözgedən işlərin Azərbaycanın həmin ölkədəki ticarət evləri vasitəsilə görüləcəyini qeyd edib.
Azərbaycanın Ukraynaya birbaşa sərmayələrinin 2019-cu ildə 210 milyon ABŞ dollarına qarşı 2017-ci ildə 216 milyon ABŞ dolları həcmində olduğu diqqətə çatdırılıb.
Bütövlükdə isə adıçəkilən ölkəyə əcnəbi sərmayələrin həcmi 2018-ci ildə 2,4 milyard, 2019-cu ildə 2,5 milyard dollar səviyyəsində olub. Ukrayna İqtisadi İnkişaf, Ticarət, Kənd Təsərrüfatı naziri Timofiy Mılovanov fevral ayında bu ildə birbaşa əcnəbi sərmayələri 5 milyard ABŞ dolları səviyyəsində çatdırmağı hədəflədiklərini açıqlamışdı.
Azərbaycan səfiri həmçinin Ukraynada "çoxlu sayda” birgə müəssisə yaratmala bağlı yerli sahibkarlarla razılaşmalar əldə edildiyini də bildirib: "Burada sərmayə yatırmaq fikrindəyik. Bu yaxınlarda iqtisadiyyat nazirimizlə söhbətim olub. Tezliklə Ukrayna, Belarus, Moldova səfərinə yollanacaq. Azərbaycan prezidenti də bu regionda iqtisadi mövqelərimizi gücləndirmək barədə tapşırıq verib”.
Azərbaycanın Ukraynadakı sərmayələrinin strateji əhəmiyyət daşıya biləcəyi ehtimalı da irəli sürülüb.
BNE İntelliNews xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə qarşılıqlı sərmayələrin "qızıl üçbucağ”ını yaradırlar və bu bloka Ukraynanın da qoşulması formalaşan bazarın həcmini və potensialını, təsir dairəsini xeyli artıracaq.




Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR