Azərbaycan tütün və tütün məmulatlarının idxalını kəskin azaldıb

Azərbaycan tütün və tütün məmulatlarının idxalını kəskin azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 53,8 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Aktual.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 milyon ABŞ dolları və yaxud 28,7% azdır.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.
Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan 9,4 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzediciləri ixrac edilib. Bu isə illik müqayisədə 0,6 milyon ABŞ dolları və yaxud 6% azdır. 
Hesabat dövründə tütün və onun sənaye əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-i qədər olub. 
Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR