Azərbaycan tütün və tütün məmulatları ixracını 43% artırıb

Azərbaycan tütün və tütün məmulatları ixracını 43% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 87 435,84 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 533,03 min dollar və yaxud 15% azdır.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,84%-ni təşkil edib.
Bu ilin 9 ayı ərzində Azərbaycandan 11 309,19 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 3 400,65min dollar və yaxud 43% çoxdur.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,08%-nə bərabər olub.
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR