Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb

Azərbaycan tütün idxalına çəkdiyi xərci 28% artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 16 572,02 min ABŞ dolları dəyərində tütün idxal edib.

Aktual.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilin iki ayı ilə müqayisədə 3 611,94 min dollar (27,87%) çoxdur.
2019-cu ilin yanvar-fevral ayları ərzində tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,77%-ni təşkil edib.
İki aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son bir ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.
Xəbər 112 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR