Azərbaycan ötən ay Ukraynadan 258 ton kərə yağı idxal edib

Azərbaycan ötən ay Ukraynadan 258 ton kərə yağı idxal edib

Bu ilin aprel ayında Azərbaycan Ukraynadan 258 ton kərə yağı idxal edib.

Aktual.az bu barədə Ukraynanın Dövlət Statistika Xidmətinə istinadən xəbər verir. 
Məlumata görə, bu, Ukraynanın ötən ay ixrac etdiyi kərə yağının 16,1%-dir. Qeyd edək ki, apreldə Ukrayna xaricə 1 600 ton kərə yağı satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51% azdır. İxracın azalması ölkədə istehsalın azalması ilə bağlıdır. 
Ötən ay Ukrayna Azərbaycandan başqa, Hollandiyaya 220 ton, Türkiyəyə 150 ton, Moldovaya isə 125 ton kərə yağı ixrac edib. Beləliklə, Azərbaycan idxalınıhəcminə görə ilk yerdə qərarlaşıb.
Xəbər 101 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR