Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELORUS NÜMAYƏNDƏLİYİ təsis edildi – FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının BELORUS NÜMAYƏNDƏLİYİ təsis edildi – FOTOLAR

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası(ASGA) İctimai Birliyinin Belorus Nümayəndəliyi təsis edilib. Bu barədə saytımıza təşkilatın sədri Səbuhi Abbasov məlumat verib.


Səbuhi Abbasov qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: "ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək, gənclər üçün innovativ layihələr həyata keçirməkdən ibarətdir. Bu illər ərzində bir çox yerli bə beynəlxalq layihələr reallaşdırmışıq. Bu layihələr olduqca müxtəlif sahələri əhatə edir. ASGA olaraq ölkə daxilində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası, Mədəniyyət Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Milli QHT-lər Forumu və bir çox qurumlarla, ölkə xaricində isə səfirliklərlə, Avropa Şurası Gənclər Departamenti, Rusiya Duması Gənclər Parlamenti, Moskva Azərbaycanlıları İcması, Birləşmiş Ukrayna Diasporası, Polşa Azərbaycanlıları Birliyi, Kipr Azərbaycan Diaspora Mərkəzi və bir çox təşkilatlarla sıx əməkdaşlıq edirik. Ümid edirəm Belorus Nümayəndəliyi də beynəlxalq əlaqələrimizin inkişafı baxımından mühüm mərhələ olacaqdır. Bu bizim sayca 4-cü nümayəndəliyimizdir. Bizim Rusiyada, Ukraynada, Polşada artıq nümayəndəliklərimiz var. Yaxın gələcəkdə bu nümayəndəliklərin rəhbər vəzifələrinə yenidən seçkilər keçiriləcəkdir. Növbəti hədəfimiz isə Çexiyadır”.

ASGA Belorus Nümayəndəliyinin rəhbəri Fərman Yusubov1977-ci il Azərbaycan Respublikası Goranboy rayonunda anadan olub. Orta məktəbi qızıl medal ilə bitirib. 1995-ci ildə Belarusiyaya gələrək Belarus Respublika Dövlət Politexnik Akademiyasının Respublika Təhsil Mərkəzinə daxil olub. 2010-cu ildə "Saltubum" MMC ticarət və istehsal müəssisəsi yaradır və xeyriyyə işlərinə kömək edir. O, peşəkar elmi fəaliyyətlə yanaşı 2015-ci ildən "Böyük Vətən müharibəsi döyüş sahələrində hərbi qəbrlərin yaxşılaşdırılması" layihəsinə rəhbərlik edir. Doktorluq dissertasiyasının mövzusu isə Azərbaycan-Belorus iqtisadi əlaqələri ilə bağlıdır.

Məlumat üçün qeyd edək ki, Belarus Respublikası(belar.РэспублікаБеларусь) —Avropanın şərqində dövlət. Ölkə şimal-şərqdənRusiya Federasiyası, cənubdanUkrayna, qərbdənPolşa, şimal-qərbdən isəLitvavəLatviyailə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəriMinskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır.



Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR