Azərbaycan şirkəti “Apple”in rəsmi tərəfdaşı oldu – FOTO/VİDEO

Azərbaycan şirkəti “Apple”in rəsmi tərəfdaşı oldu – FOTO/VİDEO

 "My Shops” MMC sentyabrın 5-dən ABŞ-ın "Apple İnc.” korporasiyasının Azərbaycanda ilk və yeganə rəsmi tərəfdaşı olub.


"Report” xəbər verir ki, bundan sonra "Myshops” mağazasından alınan bütün məhsullara "Apple"in yerli və beynəlxəlq servis zəmanəti hədiyyə olaraq təqdim olunacaq.

Xatırladaq ki, "My Shops” şirkəti Dubayda (BƏƏ) fəaliyyət göstərən "My Shops General Trading LLC” şirkətinin törəməsidir. Hazırda şirkətin Bakıda 2 mağazası və 1 servis mərkəzi var ki, onların da "Apple” tərəfindən təsdiqlənmiş AID nömrələri 1986023, 1986024 və 1986028-dir.

Şirkətlər barədə ətraflı məlumatı myshops.az və myshops.ae saytlarından əldə etmək olar. 

 



Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR