Azərbaycan sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib

Azərbaycan sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan istiqa­mətində hərəkət edən 1 nə­fər naməlum şəxs müşahidə olunub. 


Bu barədə Aktual.az-a DTX-nin mətbuat mərkəzindən məlumat verilib. 

Bildirilib ki, sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Res­publikası istiqa­mətində geriyə doğru qaçmışdlr.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­muş və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində və­fat etmiş­dir.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilmişdir.

Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Res­pub­likasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunmuşdur.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR