Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Azərbaycan rəsmiləri Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

Aktual.az Trend-ə istinadən bildirir ki, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.
S.Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək.
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR