Azərbaycan Prezidenti Monqolustanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Monqolustanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir: 
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim sülh və rifah diləyirəm".
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR