Azərbaycan neftinin qiyməti 117 dollara çatır

Azərbaycan neftinin qiyməti 117 dollara çatır

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,39 ABŞ dolları və ya 2,98% artaraq 116,94 dollar təşkil edib.

Dünən "Brent” markalı neftin bir bareli 110,67 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR