Azərbaycan nefti ötən il orta hesabla 67 dollara satılıb

Azərbaycan nefti ötən il orta hesabla 67 dollara satılıb

2019-cu ildə qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində "Azeri Light” markalı xam neftin bir barelinin dünya bazarlarında satış qiyməti orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb. 

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 
Məlumata görə, bu 2018-ci ilə nisbətən 8,5% az olsa da, dövlət büdcəsində nəzərdə tutulmuş qiymət göstəricisi (60 ABŞ dolları) ilə müqayisədə 11,5% çox olub.
Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR