Azərbaycan Monqolustana şərab ixrac etməyə hazırlaşır

Azərbaycan Monqolustana şərab ixrac etməyə hazırlaşır

"Azərbaycanın şərab istehsalçıları bu ilin sonunda Monqolustana məhsul ixrac etməyə hazırlaşır. Şirkətlər artıq bu istiqamətdə müqavilələr imzalayıb”.

"Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, 1 həftə bundan əvvəl Çinin Şanxay şəhərində açılmış Azərbaycan Şərab Evində 120-dən çox çeşiddə şərab məhsullarının satışı həyata keçirilir.
"Üstəlik, bu ayın əvvəlində Çinə təşkil edilmiş səfər çərçivəsində Azərbaycan şirkətləri 50 mln. ABŞ dolları dəyərində razılaşmalar əldə edib”, - o əlavə edib.
Y.Abdullayev həmçinin deyib ki, bu ilin sonuna qədər Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycan şərab məhsullarının ixracını 43% artırıb. 
 
Aktual.az
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR