Azərbaycan Milli Məclisi BURAXILIR

Azərbaycan Milli Məclisi BURAXILIR

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası bu saatlarda təcili iclas keçirir.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, saat 11-də başlayan iclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib.
Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb.
İclasda YAP-ı parlamentdə təmsil edən deputatlar Milli Məclisin buraxılması ilə bağlı təklifi dəstəkləyiblər.
Bildirilib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi Prezientin son vaxtlar həyata keçirdiyi islahatlara dəstək məqsədi daşıya bilər.
Daha sonra ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub.
Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq.
Qeyd edək ki, hazırda Milli Məclisdə YAP-ın 69 deputatı fəaliyyət göstərir.
Azərbaycanda son parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilib.
Milli Məclisidə 125 deputat yeri var və bütün deputatlar majoritar seçki sistemi ilə seçilirlər.
Xəbər 687 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR