Azərbaycan Mərkəzi Bankı "Finans Kredit" BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Finans Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 48-ə çatıb.
Xatırladaq ki, "Finance Kredit" bu ilin sentyabr ayında yaradılıb. Onun hüquqi ünvanı Baki şəhəri, Səbail rayonu, Massiv 1, ev 262a, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimal tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Rasim Kamil oğlu Eyvazovdur.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR